18 Sentyabr – MİLLİ MUSIQİ GÜNÜDÜR!


  • Untitled-1

  • Untitled-1

  • Untitled-1

Sentyabrın 18-i Azərbaycan xalqının dahi oğlu, musiqi sənətinin banisi Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Üzeyir Hacıbəyli 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında hazırlanan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəylininn “Ər və arvad”, “O olmasın, bu olsun” , “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır.

Ü.Hacıbəyli milli musiqi xəzinəsinə yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan “Koroğlu” operasını, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur.
Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur.

Sentyabr 18, 2019

Geri