ELMİ BƏRPA ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ


2019-cu il sentyabr ayının 11-də Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə xanım Məlikovanın sədrliyi ilə Elmi şuranın “Tətbiqi incəsənət və Qrafika” sektoru üzrə növbəti iclası keçirildi. Gündəliyə əsasən İstiqlal muzeyi, Ü.Hacıbəylinin Ev Muzeyi, Balakən, Oğuz və Zaqatala Tarix-Diyarşünaslıq Muzeylərindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə  və bərpadan sonrası görülən işlərin nəticələrinə baxış keçirildi.

Eksponatların bərpadan əvvəl və bərpadan sonra görülən işlər və nəticələri haqqında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.

Sentyabr 11, 2019

Geri