XOCALI FƏRYADI...


Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədilik həkk olundu. Erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

Bu il Xocalı faciəsinin 28-ci il dönümü qeyd edilir. Bununla əlaqədar Elmi Bərpa Mərkəzində “Xocalı fəryadı” adlı tədbir keçirildi. Əvvəlcə ölənlərin ruhu bir dəqiqəlik sükutla yad edilərək Xocalı faciəsinə dair videoçarx nümayiş etdirildi. Tədbirdə həmin hadisələrin canlı şahidi olan Xocalı rayonu Yaloba Tarix-Diraşünaslıq muzeyinin direktoru Tofiq Şahlar oğlu Məmmədov çıxış edərək həmin günlərin dəhşətini şahidi olduğu hadisələri iştirakçıların nəzərinə çatdırdı. Daha sonra Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Şamil oğlu Əsgərov da özünün müdafiə batalyonun tərkibində iştirak etdiyi döyüşlərdən xatirələrini bölüşdü. Tədbirin sonunda Elmi Bərpa Mərkəzinin kollektivi və qonaqlar Cəbrayıl rayonu 22 nömrəli məcburi köçkün məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə “Ana harayı” abidəsini ziyarət edərək ölənlərin xatirəsini yad etdilər.

Fevral 25, 2020

Geri