Qədim xalq sənətkarlığını və məişət mədəniyyətini əks etdirən misgərlik nümunəsi “Aftafa”


Aftafa əsasən misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyasıdır. Afatafalar, adətən, qızlara cehiz verildiyi və məclislərdə işlədildiyi üçün zərif naxışlarla bəzədilirdi.
Bu gün qədim xalq sənətkarlığını və məişət mədəniyyətini əks etdirən misgərlik nümunələrinə yalnız muzey ekspozisiyalarında və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür.
Bu baxımdan “İçərişəhər Muzey Mərkəzi”nin fond və ekspozisiyalarında saxlanılan və nümayiş olan ənənəvi misgərlik sənəti nümunələri öz tarixi əhəmiyyəti, mədəni dəyəri və bədii xüsusiyyətlərinə görə əhəmiyyətli mili irs kimi saxlanırlar. Elmi Bərpa Mərkəzinin metal üzrə ali dərəcəli bərpaçı-rəssamı Rasim Cəfərov tərəfindən bərpa olunan “İçərişəhər Muzey Mərkəzi”nin toplusundan bədii metal nümunəsinin – XIX əsrə aid, üzərində qədim miniatürlərdən götürülmüş ov səhnəsi təsvir edilmiş “Aftafa”nı Sizə təqdim edirik .

İyul 28, 2020

Geri