“XOCALI SOYQIRIMI”
25 fevralda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində əsrinin qandonduran insanlıq faciəsi olan Xocalı soyqırımı mövzusunda tədbir keçirildi.
Bu faciəyə həsr etdiyi “Cəhənnəmdən gələn səs” əsəri ilə oxucularında vətənpərvərliyi daha da yüksəltməyi bacaran tanınmış yazıçı Elxan Elatlı tədbirdə iştirak etdi. O, rəssam Nazim Məmmədovun Azərbaycanın sağalmaz yarası Xocalı faciəsi mövzusunda olan və mərkəzimizdə sərgilənən rəsmləri ilə də tanış oldu.
Mərkəzimizin üzvü gənc yazar Firuzə Çiçəyin eyni mövzuda yazdığı “Gecikmiş qisas” hekayəsinin də təqdimatı və müzakirəsi oldu.
Tədbirdə Xocalı soyqırımı ilə yanaşı, vətənpərvərlik mövzusunda da dəyərli fikirlər səsləndirildi və müzakirələr aparıldı.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi kollektivi adından Azərbaycanımızın bütün şəhidlərinə rəhmət diləyirik. Ümid edirik ki, birlik və mübarizliyimiz sayəsində xalqımız bir daha belə faciəni yaşamayacaq.
Fevral 25, 2016
Geri