Müsəlman Şərqinin ilk operası olan “Leyli və Məcnun”un premyerasından 113 il ötür


Şərqin ilk operası olan “Leyli və Məcnun”u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən Üzeyir Hacıbəylinin Ev Muzeyinə məxsus “Leyli və Məcnun” proqramını Sizə təqdim edirik.

Yanvar 12, 2021

Geri