Saatlı məscidi
Şuşa şəhərinin “Saatlı” məhəlləsində yerləşən tarixi məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.
Məscidin inşa ediliyi yerdə əvvəl böyük Azərbaycan şairi Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olmuşdur.
1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra məscid xarabalığa çevrilmiş, onun zəngin interyeri tamamilə, minarəsi isə qismən dağıdılmışdır.
Yanvar 15, 2021
Geri