Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti - 2011
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşəbbüsü ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ilə Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında əməkdaşlıq proqramı çərçivəsində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, Mərkəzin baş mühafizi İranə İbrahimova, Tətbiqi İncəsənət şöbəsinin müdiri Ruhəngiz Əliyeva, bərpaçı-rəssamı Sultan Sultanov və eləcə də Qazax rayon mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev, Qax Dövlət Rəsm Qalereyasının direktoru Səbinə Əfəndiyeva 25. 09. 2011-ci il tarixdən 01. 10. 2011-ci il tarixədək Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil olunan kurslarda iştirak etmək məqsədilə Minsk şəhərində olmuş, tərtib olunmuş proqram üzrə muzeylərin inkişaf strategiyasının yaradılması, pullu xidmətlərin təşkili, sərgi-qalereya fəaliyyəti, bərpa və konservasiya təcrübəsinə dair mühazirələr dinləmiş və diskussiyalar keçirmişlər.
Eyni zamanda ölkəmizdə mədəniyyət sahəsinə olan diqqət və qayğıdan, mədəniyyət müəssisələrinin fəaliyyətindən geniş məlumat verən nümayəndə heyəti öz sahələrinə uyğun, xüsusən də bərpa və konservasiya sahəsində geniş təcrübə mübadiləsi aparmış, proqram çərçivəsində Belarusun Milli İncəsənət Muzeyində, Belarus Dövlət Xalq Memarlıq və Məişət muzeyi, Milli Tarix Muzeyi, Belarus Dövlət Böyük Vətən Müharibəsi Muzeyi, “Mir” qəsr kompleksi, Nesvij milli tarixi-mədəni qoruq-muzeyinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Kursun sonunda nümayəndə heyətinin hər bir üzvü Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən kursu müvəffəqiyyətlə keçməsi barədə şəhadətnamə və sertifikatlarla təltif olunmuşdur.
{jathumbnail off}
{gallery}belarus2011{/gallery}
Aprel 27, 2011
Geri