ELMİ BƏRPA ŞURASININ 26.07.2021-Сİ İL TARİXLİ İCLASI
2021-ci il iyul ayının 26-də Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə xanım Məlikovanın sədrliyi ilə Elmi Bərpa şurasının növbəti iclasında “Qrafika və Tətbiqi incəsənət” şöbəsinin işi müzakirə edilib. Gündəliyə əsasən Azərbaycan Milli İncəsənət Muzeyi və Abdulla Şaiqin Mənzil Muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirilib.
Eksponatların bərpadan əvvəl və bərpadan sonra görülən işlər və nəticələri haqqında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
İyul 26, 2021
Geri