Azər­bay­ca­nın mu­zey ekspo­nat­la­rı­nın bər­pa mər­kə­zi ne­cə iş­lə­yir


 

Zə­ri­fə Mə­li­ko­va: “Azər­bay­can mu­zey­lə­rin­də olan bü­tün növ ekspo­nat­la­rı bər­pa edi­rik”

“XIX əs­rə aid olan məc­lis qa­za­nı­nı bər­pa edib tə­miz­lə­yən­dən son­ra gör­dük ki…”

Mu­zey­lə­ri bə­zə­yən hər bir ekspo­na­ta ta­ri­xi­mi­zin bir par­ça­sı ki­mi ba­xı­rıq. Çox­la­rı­mız bil­mi­rik ki, hey­rət­lə ta­ma­şa et­di­yi­miz ekspo­nat­lar mu­zey ekspozisi­ya­sı­na da­xil ola­na qə­dər bir ne­çə mər­hə­lə­ni ad­la­yır. Yə­ni ar­xe­o­lo­ji qazıntılar za­ma­nı aş­kar­la­nan mad­di nü­mu­nə­lə­rin ək­sə­riy­yə­ti mu­ze­yə heç də ya­rar­lı və­ziy­yət­də gəl­mir, ya­xud ay­rı-ay­rı şəxslə­rin ev­lə­rin­də qo­ru­nan, nəsildən-nəs­lə ke­çən nü­mu­nə­lə­rin çox vaxt bər­pa­ya eh­ti­ya­cı olur.

Ekspo­nat­la­rın bər­pa­sı ilə bər­pa­çı rəs­sam­lar məş­ğul olur. Həd­dən ar­tıq həs­sas­lıq, incə­lik, diq­qət tə­ləb edən bər­pa­çı­lıq işi mil­li mə­də­niy­yə­ti­mi­zə xid­mət­dir. Bu gün bə­zi mu­zey­lər­də bər­pa­çı rəs­sam­lar ça­lış­sa­lar da, on­lar əsa­sən bir sa­hə üz­rə iş­lə­yir. Bü­töv­lük­də isə, öl­kə mu­zey­lə­ri­nin bü­tün ekspo­nat­la­rı­nın bər­pa­sı və kon­ser­va­si­ya­sı ilə Mu­zey Sər­vət­lə­ri və Xa­ti­rə Əş­ya­la­rı­nın El­mi Bər­pa Mər­kə­zin­də məş­ğul olu­nur. Res­pub­li­ka­mız­da ye­ga­nə olan Bər­pa Mər­kə­zi 60 il əv­vəl ya­ra­dı­lıb. Mər­kəz fəaliyyə­tə baş­la­ya­na qə­dər Azər­bay­can mu­zey­lə­ri­nin ekspo­nat­la­rı­nın bər­pa­sı üçün əsa­sən baş­qa res­pub­li­ka­la­rın bər­pa­çı rəs­sam­la­rı­na mü­ra­ci­ət edi­lir­di.

Azər­bay­can­da mu­zey­lər çox­dur və həm pay­taxt, həm də böl­gə­lər­də fə­a­liy­yət göstərən mu­zey­lər Mu­zey Sər­vət­lə­ri və Xa­ti­rə Əş­ya­la­rı­nın El­mi Bər­pa Mər­kə­zi­nə mü­ra­ci­ət edir. Bu da, tə­bii ola­raq, sıx­lıq ya­ra­dır. Mə­lu­mat­la­ra gö­rə, bu gün muzeylər­də bər­pa və kon­ser­va­si­ya­ya eh­ti­ya­cı olan ekspo­nat­lar çox­dur.

Mu­zey ekspo­nat­la­rı­nın və xa­ti­rə əş­ya­la­rı­nın bər­pa və kon­ser­va­si­ya­sı ol­duq­ca aktual mə­sə­lə­dir. Mə­lu­ma­tı­mı­za gö­rə, hə­lə mu­zey fondla­rın­da yüz­lər­lə ekspo­nat öz bər­pa­sı­nı göz­lə­yir.

Mu­zey Sər­vət­lə­ri və Xa­ti­rə Əş­ya­la­rı­nın El­mi Bər­pa Mər­kə­zi mu­zey­lə­rin tə­lə­ba­tı­nı han­sı sə­viy­yə­də ödə­yir? Mər­kəz mu­zey­lər­lə işi han­sı sə­viy­yə­də qu­rur? Bər­pa­çı –rəssam­la­rın ye­tiş­di­ril­mə­si üçün mər­kəz tə­rə­fin­dən nə ki­mi iş­lər gö­rü­lür?  Bu sualla­rı­mı­za ca­vab tap­maq üçün pay­taxtda fə­a­liy­yət gös­tə­rən Mu­zey Sər­vət­lə­ri və Xa­ti­rə Əş­ya­la­rı­nın El­mi Bər­pa Mər­kə­zi­nin di­rek­to­ru Zə­ri­fə Mə­li­ko­va ilə gö­rüş­dük.

Ta­ri­xi­mi­zin “lal şa­hid”lə­ri­ni da­nış­dı­ran­lar…

Zə­ri­fə xa­nım bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, Mu­zey Sər­vət­lə­ri və Xa­ti­rə Əşyalarının El­mi Bər­pa Mər­kə­zi tam gü­cü ilə iş­lə­yir və mu­zey­lə­rin tə­lə­ba­tı­nı ödəmə­yə ça­lı­şır. Z.Mə­li­ko­va­nın söz­lə­ri­nə gö­rə, öl­kə­miz­də mu­zey­lər çox­dur və onla­rın ha­mı­sı ilə əmək­daş­lıq edir­lər: “Bi­zim işi­miz ol­duq­ca çə­tin, mə­su­liy­yət­li, incə­lik, zər­gər də­qiq­li­yi tə­ləb edən bir iş­dir. Bi­lir­si­niz ki, bu­ra mu­zey de­yil, öz fəaliy­yət nö­vü­nə gö­rə Azər­bay­can­da möv­cud olan ye­ga­nə mü­əs­si­sə­dir. Mər­kəz Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi nəz­din­də fə­a­liy­yət gös­tə­rir. Öl­kə­miz­də 220 – dən ar­tıq mu­zey var. Mu­zey­lə­rin sa­yı­nı nə­zə­rə al­saq, işi­mi­zin nə qə­dər ol­du­ğu­nu ay­dın şə­kil­də gö­rür­sü­nüz. Pay­taxt mu­zey­lə­rin­də min­lər­lə ekspo­nat qo­ru­nub sax­la­nır. Elə bir böl­gə­miz, ra­yo­nu­muz yox­dur ki, ora­da ta­rix-di­yar­şü­nas­lıq mu­ze­yi fə­a­liy­yət gös­tər­mə­sin. Elə ra­yon­la­rı­mız var ki, ora­da bir yox, bir ne­çə mu­zey fə­a­liy­yət göstə­rir. Şə­ki­də 5 mu­zey var. De­mək is­tə­yi­rəm ki, işi­miz çox­dur və biz də bö­yük mə­su­liy­yət­lə, sev­gi ilə işi­mi­zi gö­rü­rük. Bi­lir­si­niz, in­san gə­rək işi­ni, və­tə­ni­ni, dövləti­ni, xal­qı­nı, mə­də­niy­yə­ti­ni sev­sin. Bi­zim üçün və­tə­ni sev­mə­yin sü­bu­tu tariximi­zi qo­ru­maq, ekspo­nat­la­ra qay­ğı ilə ya­naş­maq, on­la­rı bər­pa et­mək və yenidən mu­zey­lə­rə qay­tar­maq­dır. Hər bir ekspo­na­tı bər­pa edən­də onun ta­rix­çə­si­ni öy­rə­ni­rik. Dü­şü­nü­rük ki, bər­pa et­di­yi­miz ekspo­nat­lar gö­rün kim­lə­ri gö­rüb, ta­ri­xin han­sı mər­hə­lə­lə­rin­dən ke­çib, kim­lə­rə məx­sus olub?! On­lar ta­ri­xin “lal şa­hid”lə­ri­dir. Res­pub­li­ka­mı­zın ay­rı-ay­rı böl­gə­lə­rin­də fə­a­liy­yət gös­tə­rən mu­zey­lər bi­zə mü­tə­ma­di ola­raq mü­ra­ci­ət edir. Elə­lə­ri var ki, hə­lə növ­bə­də­dir. Son vaxtlar bi­zə edi­lən müraci­ət­lər gös­tə­rir ki, həm bər­pa, həm də kon­ser­va­si­ya edil­mə­li ekspo­nat­la­rın sayı çox­dur. Ça­lı­şı­rıq ki, üzə­ri­mi­zə dü­şən və­zi­fə­lə­rin öh­də­sin­dən la­yi­qin­cə gə­lək. Bu gün döv­lət tə­rə­fin­dən mu­zey­lə­rə bö­yük qay­ğı var. İn­di bü­tün mu­zey­lə­rin maddi-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si, ye­ni bi­na­lar­la təc­hiz olun­ma­sı ekspo­nat­la­rın qo­ru­nub sax­lan­ma­sı üçün la­zı­mi şə­ra­it ya­ra­dı­lıb. Bu bi­zim də işi­mi­zə sti­mul ve­rir. İn­san­lar ar­tıq an­la­ma­ğa baş­la­yır ki, bər­pa işi nə­dir və bi­zə nə üçün lazım­dır… Əv­vəl­ki dövrlər­də böl­gə­lər­də fə­a­liy­yət gös­tə­rən mu­zey­lər elə də intensiv mü­ra­ci­ət et­mir­di. An­caq son il­lər on­la­rın mü­ra­ci­ə­ti ar­tıb, böl­gə mu­zey­lə­ri tez-tez əla­qə sax­la­yır. Biz özü­mü­zə qa­yı­dı­rıq, ta­ri­xi­mi­zi ye­ni­dən öy­rə­ni­rik. Bu çox gö­zəl hal­dır. Bu mü­ra­ci­ət­lər sa­yə­sin­də ar­tıq növ­bə ya­ra­nıb. Mər­kə­zi­mi­zin 40 nə­fər iş­çi­si var, onun 25 nə­fə­ri bər­pa­çı rəs­sam­dır. Biz nə qə­dər bər­pa et­sək də, əl­bət­tə, iş bit­mir, hə­lə də mu­zey­lər­də bər­pa olu­na­sı çox­lu ekspo­nat var. Biz bər­pa işi ilə ancaq mər­kəz­də məş­ğul ol­mu­ruq, böl­gə­lə­rə də ge­di­rik. Se­vin­di­ri­ci hal­dır ki, bölgələr­də çox­lu mu­zey açı­lır. Son vaxtlar bir ne­çə ra­yon­da ta­rix-di­yar­şü­nas­lıq mu­ze­yi­nin açıl­ma­sı bi­zi çox se­vin­di­rir. Ye­ni­lik­lər çox­dur. Böl­gə­lər­də uşaq və gənclər mu­zey­lə­rə bö­yük ma­raq gös­tə­rir. Öl­kə­miz­də tu­rizm in­ki­şaf edir, Azərbayca­na çox­lu tu­rist gə­lir və on­la­rın əsas baş çək­di­yi yer­lər ara­sın­da ta­rix –diyar­şü­nas­lıq mu­zey­lə­ri də var.

Onu da de­yim ki, ekspo­na­tın vax­tın­da bər­pa olun­ma­sın­dan da çox şey ası­lı­dır. Bəzən yu­ban­ma ta­ri­xi bir əş­ya­nın məh­vi ilə nə­ti­cə­lə­nir. Mün­tə­zəm ola­raq rayonlara ge­di­rik. Çox mü­rək­kəb bər­pa işi yox­dur­sa, ekspo­na­tı ye­rin­də bər­pa edirik, mü­rək­kəb iş­dir­sə, mər­kə­zə gə­ti­ri­rik”.

“Gənclə­rin bu sa­hə­yə ma­ra­ğı gü­nü-gün­dən ar­tır”

Z.Mə­li­ko­va bil­dir­di ki, mər­kəz tə­rə­fin­dən böl­gə­lər­də kurslar təş­kil edi­lir və bu­ra­da bər­pa­çı rəs­sam kadrla­rı ye­tiş­di­ri­lir. Onun bil­dir­di­yi­nə gö­rə, mas­ter-klasslar vasitəsi­lə on­la­ra bər­pa sə­nə­ti­nin sir­lə­ri öy­rə­di­lir. O qeyd et­di ki, bər­pa mər­kə­zi ilə bə­ra­bər, Azər­bay­can Xal­ça Mu­ze­yin­də də mas­ter-klasslar ke­çi­ri­lir: “De­yə bilmərəm ki, bu gün Azər­bay­can­da bər­pa­çı-rəs­sam­la­rın sa­yı çox­dur. Am­ma Rəssam­lıq Aka­de­mi­ya­sın­da, Azər­bay­can Döv­lət Mə­də­niy­yət və İn­cə­sə­nət Universi­te­tin­də bər­pa­çı-rəs­sam ix­ti­sa­sı var. Bi­zim mər­kəz­də 17 fev­ral­da Mədəniyyət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­nin sə­nət­şü­nas­lıq fa­kül­tə­si­nin tə­lə­bə­lə­ri praktik dərs keç­di­lər. Bu da bi­zi se­vin­di­rir ki, gənclə­rin bu sa­hə­yə ma­ra­ğı günü –gün­dən ar­tır. Böl­gə­lər­də də mü­tə­ma­di ola­raq tre­ninqlər ke­çi­rir, sər­gi­lər təş­kil edi­rik”.

Bər­pa­çı­lı­ğın çə­tin ol­du­ğu­nu vur­ğu­la­yan Zə­ri­fə xa­nım de­di ki, bər­pa­çı-rəs­sa­mın işini cər­rah işi ilə mü­qa­yi­sə et­mək olar. O qeyd et­di ki, mər­kə­zin nəz­din­də El­mi Bərpa Şu­ra­sı fə­a­liy­yət gös­tə­rir və bər­pa­ya təq­dim edi­lən ekspo­na­tın və­ziy­yə­ti də şu­ra tə­rə­fin­dən qiy­mət­lən­di­ri­lir: “Şu­ra­da bi­zim çox gör­kəm­li alim­lə­ri­miz təm­sil olu­nur. Ta­rix­çi­lər­lə, et­noq­raf­lar­la və di­gər tə­ləb olu­nan sa­hə­nin mü­tə­xəs­sis­lə­ri ilə ça­lı­şı­rıq. İş­lər El­mi Bər­pa Şu­ra­sın­dan keç­dik­dən son­ra biz bər­pa­ya baş­la­yı­rıq. Hər bir ekspo­na­tı tam öy­rə­ni­rik, onun ya­şı, ma­te­ri­a­lı­nı, ha­ra məx­sus­lu­ğu­nu mü­əy­yən edirik. Bə­zən mu­ze­yə elə ekspo­nat da­xil olur ki, ta­ri­xi qey­ri-də­qiq­dir. Kim­sə gətirib mu­ze­yə ve­rib və de­yib ki, nə­nəm onun 100 ya­şı ol­du­ğu­nu de­yib. Am­ma biz araş­dı­ran­dan son­ra onun han­sı döv­rə aid ol­du­ğu­nu və konkret ola­raq ona han­sı bərpa üsu­lu la­zım ol­du­ğu­nu tə­yin edi­rik. Biz müx­tə­lif ekspo­nat­lar­la iş­lə­yi­rik. Azərbay­can mu­zey­lə­rin­də olan bü­tün növ ekspo­nat­la­rı bər­pa edi­rik.

Ye­ri gəl­miş­kən, bil­di­rim ki, bu il bi­zim mər­kə­zin 60 ya­şı ta­mam olur. Mər­kə­zin ya­ra­dı­cı­sı və di­rek­to­ru Azər­bay­can­da ilk pro­fes­si­o­nal bər­pa­çı-rəs­sam Fər­had Hacıyev olub. Ha­zır­da  mər­kəz­də 4 şö­bə fə­a­liy­yət gös­tə­rir. Bun­lar el­mi-təd­qi­qat, qra­fi­ka, rəngkar­lıq və de­ko­ra­tiv in­cə­sə­nət şö­bə­lə­ri­dir.

Bi­zə qə­dim ekspo­nat­lar çox da­xil olur. Era­mız­dan əv­və­lə aid olan ekspo­nat­lar­la işlə­mi­şik. Ta­rix Mu­ze­yin­də qo­ru­nan 1000-dən ar­tıq qə­dim ekspo­na­tı bər­pa et­mi­şik. On­la­rın ara­sın­da ar­xe­o­lo­ji ekspo­nat­lar az ol­ma­yıb. Mə­nə çox xoş­dur ki, işi­mi­zi təq­dir edir­lər. Mə­nim üçün bir rəh­bər ki­mi fəxr edi­lə­si hal­lar­dan bi­ri odur ki, son il­lər bu işə gənclə­ri cəlb edə bil­mi­şik”.

“Na­zir­lik bi­zə hər cür şə­ra­it ya­ra­dır”

Mər­kəz di­rek­to­ru bil­dir­di ki, rəh­bər­lik et­di­yi mü­əs­si­sə­nin bü­tün qay­ğı­sı­nı Mədəniy­yət və Tu­rizm Na­zir­li­yi çə­kir. Mər­kə­zin na­zir­lik tə­rə­fin­dən diq­qət­də saxlandığını de­yən Z.Mə­li­ko­va­nın söz­lə­ri­nə gö­rə, mu­zey­lə­rin bər­pa­ya təq­dim etdik­lə­ri ekspo­nat­lar on­lar tə­rə­fin­dən tam tə­mən­na­sız bər­pa edi­lə­rək mu­zey­lə­rə qayta­rı­lır: “Na­zir­lik bi­zə hər cür şə­ra­it ya­ra­dır. Biz mu­zey­lə­rin təq­dim et­di­yi ekspo­nat­lar bərpa edil­dik­dən son­ra on­la­rı nə­za­rət­də sax­la­yı­rıq, bər­pa olu­nan iş­lər­lə da­im ma­raq­la­nı­rıq. On­la­rın sax­lan­ma­sı, qo­run­ma­sı üçün mu­zey əmək­daş­la­rı­na tövsi­yə­lər ve­ri­rik. Mu­zey­lər­də in­di çox gö­zəl şə­ra­it var. Han­sı ra­yon­da mu­zey açılıb­sa, biz ora­da bər­pa iş­lə­ri gör­mü­şük”.

“Üze­yir Ha­cı­bə­yo­vun əş­ya­la­rı­nın 90 fa­i­zi­ni biz bər­pa et­mi­şik”

Mü­sa­hi­bi­miz qeyd et­di ki, hər bir bər­pa­çı-rəs­sam ay ər­zin­də iki ekspo­nat bər­pa etmə­li­dir. Ke­çən il mər­kə­zin 600 ekspo­nat bər­pa et­di­yi­ni de­yən Z.Mə­li­ko­va bildirdi ki, hər gö­rü­lən iş ta­ri­xi­mi­zə bö­yük töh­fə­dir. Onun qeyd et­di­yi­nə gö­rə, bir sı­ra hal­lar­da, ol­duq­ca zən­gin in­for­ma­si­ya ve­rən ekspo­nat­la­ra rast gə­li­nir: “Bir də­fə bi­zə bər­pa üçün Qu­ba­dan bir kəş­kül gə­tir­miş­di­lər. O kəş­kül 17-18-ci əs­rə aid ekspo­nat ki­mi gös­tə­ri­lir­di. La­kin üzə­rin­də olan şə­kil­lər və ya­zı­lar mə­ni çox maraqlan­dır­dı və onun da­ha qə­dim ol­du­ğu­nu dü­şün­düm. Biz onu oxu­ma­sı üçün Əl­yaz­ma­lar İnsti­tu­tu­na, Arif Ra­ma­za­no­va gön­dər­dik. Arif mü­əl­lim de­di ki, əl­bət­tə, si­zin əmək­daş­lar bu­nu oxu­ya bil­məz, çün­ki kəş­kül 15-ci əs­rə aid­dir. Ta­rix Muzeyin­dən bi­zə bər­pa üçün qu­ra­ma işi gön­dər­miş­di­lər. Bö­yük bir his­sə idi. Qız­lar iş­lə­yən­də gör­düm ki, üzə­rin­də ya­zı­lar var. Ərəb­linski­nin adı­nı oxu­ya bil­dim, son­ra mə­lum ol­du ki, bu ilk mil­li ope­ra­mız olan “Ley­li və Məc­nun”un ilk ta­ma­şa­sı­nın proq­ra­mı­dır. O vaxt proq­ram qu­maş par­ça­da ya­zı­lır­dı ki, öm­rü uzun ol­sun. De­mək, bu ekspo­nat adi ada­ma aid ol­ma­yıb, te­at­ra, sə­nə­tə bağ­lı ada­ma aid olub.

Üze­yir Ha­cı­bə­yo­vun əş­ya­la­rı­nın 90 fa­i­zi­ni biz bər­pa et­mi­şik. Bir də­fə də Ta­rix Mu­ze­yi­nin ekspo­na­tı olan bö­yük bir məc­lis qa­za­nı­nı bər­pa edir­dik. XIX əs­rə aid olan məc­lis qa­za­nı­nı bər­pa edib tə­miz­lə­yən­dən son­ra gör­dük ki, ora­da əs­ki əlif­ba ilə bir ya­zı var. Ora­da ya­zıl­mış­dı: “Bu qa­za­nı ala­na da lə­nət, sa­ta­na da”. Bu qa­zan xü­su­si­lə xe­yir-şər üçün­dür. Onu dü­zəl­dən us­ta qa­za­nın elə məx­sus ol­du­ğu­nu, al­qı- sat­qı üçün ol­ma­dı­ğı­nı de­yir­di. Gö­rün, bi­zim ne­cə xe­yir­xah in­san­la­rı­mız olub”.

Son­ra Zə­ri­fə xa­nım­la bər­pa­çı-rəs­sam­la­rın otaq­la­rı­na get­dik, on­la­rın əl iş­lə­ri ilə tanış ol­duq. Doğ­ru­dan da Mu­zey Sər­vət­lə­ri və Xa­ti­rə Əş­ya­la­rı­nın El­mi Bər­pa Mərkə­zin­də  bö­yük iş­lər gö­rü­lür. Bu iş­lər ta­ri­xi­mi­zi bi­zə ta­nıt­ma­ğa xid­mət edir.

İra­də SA­RI­YE­VA

 

 

1

2

3

4

5

6

 

8

10

11

 

12

13

14

Fevral 18, 2016

Geri