Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi növbəti beynəlxalq konfransda iştirak edib
Uzun illərdir ki, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq edir. Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutu dünyada tanınmış, ixtisaslaşmış, müasir elmi müəssisələrdəndir və burada mədəni sərvətlərin qorunması və bərpası zamanı son elmi nailiyyətlərdən, beynəlxalq təcrübədə qəbul edilmiş müasir üsullardan istifadə edilir.
Eyni zamanda Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutu mütəmadi olaraq “Mədəni irsin tədqiqi və konservasiyası” mövzusunda konfrans, seminar və mühazirələr də təşkil edir.
İnstitutun bu il təşkil etdiyi növbəti tədbir bərpa və konservasiya nəzəriyyələri üzrə görkəmli alim və bərpaçı, vaxtilə Qafqaza, o cümlədən Azərbaycana səfər edərək bədii metal nümunələrinin bərpası sahəsində tədqiqatlar aparmış, bir çox elmi məqalə və metodiki tövsiyyələrin müəllifi olan Mariya Şemaxanskayanın (1937-2020) xatirəsinə həsr olunmuşdu. Bununla əlaqədar, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Z. Məlikova Moskva şəhərinə ezam olunmuş və tədbirdə çıxış etmişdir.
Tədbir zamanı Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutu ilə MSXƏEBM arasında bərpa işinə dair elmi metodiki vəsaitlərin hazırlanmasında qarşılıqlı informasiya dəstəyi, qarşılıqlı elmi tövsiyələrin verilməsi, birgə simpozium, konfrans, seminar və s. keçirmək yolu ilə qarşılıqlı təcrübə mübadiləsi və s. barədə növbəti qarşılıqlı əməkdaşlıq sazışi bağlanmışdır.
Dekabr 14, 2021
Geri