Azərbaycan və Rusiya bərpaçılarının əməkdaşlığı - 2011


03 – 09 dekabr 2011-ci il tarixində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi   direktoru  Zərifə Məlikova Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunda mədəni sərvətlərin qorunması və bərpası zamanı əldə edilən son elmi nailiyyətlərlə, beynəlxalq təcrübədə qəbul edilmiş müasir üsullarla yaxından tanış olmaq, Mərkəzin elmi – metodiki fəaliyyətini gücləndirmək və bu Elmi-Tədqiqat İnstitutu ilə son illər ərzində  əsası qoyulmuş əməkdaşlığı möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət  və Turizm Nazirinin göstərişi ilə    Moskva şəhərinə ezam olunmuşdur.

Ezamiyyət  müddətində Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun bərpa və konservasiya sahəsində iş təcrübəsi, müasir avadanlıqları ilə tanış olmuş, nəşr edilmiş  bir çox  elmi kitablarla tanış olaraq bir qismini  Mərkəz üçün əldə etmişdir.
06 dekabr 2011 –ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi direktoru  Zərifə Məlikova ilə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun direktoru Aleksandr Trezvov arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində  bərpa işinə dair elmi metodiki vəsaitlərin hazırlanmasında  qarşılıqlı informasiya dəstəyi, qarşılıqlı elmi    tövsiyələrin verilməsi, birgə simpozium, konfrans, seminar və s. keçirmək yolu ilə qarşılıqlı təcrübə mübadiləsi  və s. barədə  saziş imzalanmışdır.

Aprel 27, 2011

Geri