ELMİ BƏRPA ŞURASININ 16.03.2022-Сİ İL TARİXLİ İCLASI


2022-ci il mart ayının 16-da Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə xanım Məlikovanın sədrliyi ilə Elmi Bərpa şurasının növbəti iclasında “Qrafika və Rəngkarlıq” şöbəsinin işi müzakirə edilib. Gündəliyə əsasən Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Üzeyir Hacıbəylinin Ev Muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirilib. 

Eksponatların bərpadan əvvəl və bərpadan sonra görülən işlər və nəticələri haqqında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Mart 19, 2022

Geri