ELMİ BƏRPA MƏRKƏZİNDƏ ADMİU-nun TƏLƏBƏLƏRİNƏ İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİRİLİR
2022-ci il fevral ayının 16-dan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə əyani təhsil alan IV kurs tələbələrinə istehsalat təcrübəsi keçirilir.
Bu günki təcrübə kursunda tələbələr təcrübələrini Rəngkarlıq şöbəsində davam etdiriblər. Bərpaçı-rəssam Cəfər Əliquliyev Azərbaycan rəngkarlığının qədim və zəngin tarixə malik olan əsas növləri, onların bədii-estetik xüsusiyyətləri və bərpası haqqında ətraflı məlumat verdi. Dərs zamanı tələbələrə eksponatın bərpaya daxil olduqdan sonra vizual müayinəsi, kimyəvi və texnoloji analizləri, bərpaçının gündəliyində apardığı qeydləri, eksponata uyğun bərpa material seçilməsi, bioloji, mexaniki zədələnmələrin müəyyənləşdirilməsi, tətbiq olunan kimyəvi üsullar və s. ətraflı izah olundu.
IV kurs tələbələrinin istehsalat təcrübələri may ayının 24-dək davam edəcək.
Mart 29, 2022
Geri