“Fövqəladə hallar zamanı muzey sərvətlərininmühafizəsi” mövzusunda seminar keçirilib
22 sentyabr 2022-ci il tarixində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Fövqəladə hallar zamanı muzey sərvətlərinin mühafizəsi” mövzusunda seminar keçirildi.
MSXƏEBM-nin və Mingəçevir, Qəbələ, Saatlı, Gədəbəy və digər muzey müəssisələrinin rəhbərləri və əməkdaşları üçün keçirilən seminarda qonaq məruzəçiqismində Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin ehtiyatda olan əməkdaşı Zöhrab Babayev dəvət olunmuşdur.
Tədbir torpağımız uğrunda dünyasını dəyişən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
MSXƏEBM-nin direktoru Zərifə Məlikova tədbir iştirakçılarını salamlayaraq son günlər Azərbaycan Respublikasının sərhəd bölgəsində baş verən silahlı münaqişədən bəhs etdi. Silahlı münaqişələr, təbii fəlakətlər zamanı muzey sərvətlərinin və mədəniyyət abidələrinin təhlükəsizliyinin təmin edilməsi haqqında fikirlərini bildirdi.
MSXƏEBM-nin Baş mühafizi Pakizə Almazova mədəni irsin mühafizəsində tətbiq edilən Azərbaycan Respublikasının qanunvericiliyindən və mədəniyyət abidələrinin qorunmasında Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq hüquqi konvensiyaların, müqavilələrin ölkəmizdə tətbiqindən danışdı.
Seminarda MSXƏEBM-nin əməkdaşı Firuzə Mahmudova “Təhlükədə olan mədəniyyət abidələri və onların təxliyyə qaydaları” adlı təqdimatla çıxış etdi. Fövqəladə vəziyyətlərdə, silahlı münaqişə zamanı muzey sərvətlərinin mühafizəsi, təhlükədə olan mədəniyyət abidələrinin qorunması, təxliyə qaydaları haqqında məlumat verdi.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin ehtiyatda olan əməkdaşı Zöhrab Babayev yanğın təhlükəsizliyi, yanğından mühafizə tədbirlərinin tətbiqi barədə geniş məruzə ilə çıxış etdi. Belə ki, muzey sərvətlərinin yanğından mühafizəsində ilkin addımlar, yanğınsöndürmə texnikasından istifadə qaydaları, eyni zamanda odsöndürücü maddələrin növləri haqqında məlumat verdi.
Sonda ZOOM proqramı vasitəsilə seminara qatılmış Mingəçevir, Qəbələ, Saatlı, Gədəbəy və digər muzey müəssisələrinin rəhbərləri və əməkdaşları mövzu ətrafında müzakirələr apararaq, fikirlərini qeyd etdilər və öz təşəkkürlərini bildirdilər.
Sentyabr 22, 2022
Geri