“MUZEY VƏ BƏRPA İŞİ MƏDƏNİ İRSİN MÜHAFİZƏSİ KONTEKSTİNDƏ:MÜASİRLİYİN AKTUAL ÇAĞIRIŞLARI ” ADLI BEYNƏLXALQ KONFRANS
2017 ci ilin 5–9 iyun tarixlərində Ukraynanın Kiyev–Peçorsk Milli Tarixi Mədəni Qoruğunun təşkilatçılığı Ukrayna Bərpaçılar Forumu və Forum çərçivəsində 6–7 iyun tarıxlərində “Muzey və bərpa işi mədənı irsin mühafizəsi kontekstində:müasirliyin aktual çağırışları” adlı beynəlxalq konfrans keçirildi. Forumun və konfransın keçirilmə məqsədi muzeylərdə və şəxsi kolleksiyalarda mədəni irsin mühafizəsinin müasir vəziyyətinin problemlərini, tarıxı abidələrin bərpasının təmin olunmasını və bərpa isinin inkişafının muzeyşünaslıq kontekstindən tədqiqini müzakirə etməkdən ibarətdi. Bununla əlaqədar Kiyev–Peçorsk Milli Tarixi Mədəni Qoruğunun baş direktoru Lyubomir Mixaylina tərəfindən dəvət alan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova həmin konfransda iştirak etmişdir.
Forum müddətində Zərifə Məlikova Ukraynanın Kiyev-Peçorsk Milli Tarixi Mədəni Qoruğunun və bərpa müəssisələrinin, laboratoriyalarının iş təcrübəsi ilə yaxından tanış olmuş, foruma qatılan Litva, Yunanıstan, Polşa kimi bir sıra ölkələrin bərpa sahəsində beynəlxalq təcrübəli ekspertləri ilə təcrübə mübadiləsi aparmış və bir sıra görüşlər keçirmişdir.
Forum iştirakçılarına Azərbaycanda bərpa işinin tarixi və inkişafı barədə məlumat verən Zərifə Məlikova bu il yaranmasının 60 illiyini qeyd edən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyətini əks etdirən buklet və acıqcaları qonaqlara təqdim etmişdir.
İyun 05, 2017
Geri