Rusiya Federasiyasının Moskva şəhərində “Mədəni irsin konservasiyasında tədqiqatlar” adlı elmi–metodiki konfrans


Cari ilin 24 – 26 oktyabr tarixində Rusiya Federasiyasının Moskva şəhərində Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun 60 illik yubileyinə həsr olunmuş “Mədəni irsin konservasiyasında tədqiqatlar” adlı elmi–metodiki konfransı keçirilmişdir. Konfransda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova da məruzə ilə çıxış etmişdir.
Tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarusiya və Tatarıstan Respublikalarının ali bərpaçı-rəssamları, həmçinin Sankt-Peterburq Dövlət Universitetinin alimləri maraqlı məruzə və prezentasiyalarla çıxış edərək son elmi nailiyyətlərindən, müasir bərpa üsullarının metodikası və yeni əldə olunmuş texniki avadanlıqlardan məlumat vermişlər.
Hər il nəşr olunan “Mədəni irsin tədqiqi və konservasiyası” adlı kitabın III-cü buraxılışında Z.Məlikovanın “Xalça və xalça məmulatlarının bərpa və konservasiyası” adlı məqaləsi də dərc olunmuşdur.

 

1

2

3

4

5

Oktyabr 31, 2017

Geri