LƏNKƏRAN 2009 – TƏLİM SƏRGİ
2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə MSXƏEBM tərəfindən Lənkəran tarix-diyarşünaslıq muzeyində «Milli irsimizi yaşadaq» adlı təlim-sərgidə təşkil olundu. Sərgidə Lənkəran, Lerik, Astara və Masallı şəhərlərinin muzeylərində saxlanılan, mərkəzin əməkdaşları tərəfindən ikinci həyat verilmiş unikal əşyalar, bu əşyaların bərpadan əvvəl və bərpadan sonrakı vəziyyətlərini əks etdirən fotoşəkillər nümayiş etdirilirdi.
Burada həmçinin bərpaçılar tərəfindən yerindəcə muzey əşyalarının bərpa və konservasiya üsulları interaktiv şəkildə muzey əməkdaşlarına nümayiş etdirildi, əşyaların qorunub saxlanılması, konservasiyası, bərpasına dair suallar mütəxəssislər tərəfindən ətraflı savablandırıldı..
Yanvar 01, 2009
Geri