“BIR TARİXİ GÖZƏLLİK”


 

BIR TARİXİ GÖZƏLLİK

Muzey Sərvətləri və Xatirə Əşyaların Elmi Bərpa Mərkəzinə göndərilən eksponatlardan biri də, şəkildə gördüyünüz şarmanka (musiqi oxutmaq üçün Italiyada icad olunmuş cihaz) idi.
Tarixin səhifələrindən keçib, günümüzə qədər gəlib çatan bu eksponat Şəki şəhəri, M.F.Axundzadənin ev muzeyindən mərkəzimizə qramofon kimi təqdim olunmuşdu. Görünür, zamanın təsiri onun görünüşündə ciddi iz buraxmışdı. Lakin, bərpaçılarımızın təqdiqatlarından sonra onun əslində qramofon deyil, şarmanka olduğu aşkarlandı və həqiqətən bu eksponatın xilasa ehtiyacı var idi.
Hər biri tarixin bir səhifəsindən günümüzə gəlib çatan muzey əşyalarına ayrı-ayrılıqda mərkəzimizin bütün üzvləri qayğı və sevgiylə yanaşırlar. Çünki, onlar bizim keçmişimizdən qalan izlər, tarixi sübutlardır.
Xilasını gözləyən şarmanka da, bərpaçılarımıza təhvil verildikdən sonra diqqətlə araşdırıldı. Ağacdan zərifliklə işlənmiş hissələrində itkiləri var idi. Bəzi detalları zədələnmiş, plastinkaları çirklənmişdi. Metaldan işlənmiş kənarları paslanıb deformasiyaya uğramış və demək olar ki, varlığının son dövrünə gəlmişdi.
Bərpaçılarımız eynilə bir həkim kimi, eksponatın üzərində təqdiqat apardıqdan sonra, dərhal bərpa proseslərinə başladılar. “Xəstə” şarmanka üzərində dezinfeksiya, demontaj, çatışmayan hissələrin bərpası, qoruyucu layın çəkilməsi və s. kimi bərpa işləri aparıldı.
Sonda, daha bir tarixi gözəllik bərpaçılarımzın bacarıqlı əllərindən yeni həyat tapdı.

 

1

2

3

4

5

Fevral 09, 2016

Geri