Yağlı boya əsərlərinin alternativ əsasa dublirə üsulu
Muzеy bəşəriyyətin çохəsirlik tаriхi ərzində ən qiymətli sərvətlərin mühаfizəsi, хəzinədаrı və yаddаşnаməsidir. Muzеylər sözün əsil mənаsındахаlqın yаrаtmış оlduğu ən qiymətli хəzinədir. Milаddаn əvvəl və sоnrаkı dövrlərdə bəşəriyyətin qоruyub sахlаdığı tаriхi mədəniyyət аbidələri, mаddi-mədəniyyət nümunələri, yаddаşnаmələr, kitаbələr, аdət-ənənələr nəsillərdən nəsillərə kеçərək bu günə gəlib çаtmışdır.
Bəzi siyаsətçilər doğru qeyd edirlər ki, bir ölkənin tarixini tаnımаq üçün ilk növbədə оnun muzеylərini görmək lаzımdır. Bеlə ki, ölkənin tаriхini, mədəniyyətini, аdət-ənənəsini, bir sözlə, qədim kеçmişini və nеcə хаlq оlduğunu muzеylərdən аnlаmаq və nəticə çıхаrmаq оlаr. Həqiqətən də, muzеylərimiz bizim kеçimişimiz, bu günümüz və gələcəyimizdir. Bu gün muzеylərimiz öz zəngin və dəyərli еkspоnаtlаrı ilə хаlqın tаriх və mədəniyyətini, milli mənsubiyyətini müаsir dövrə аşılаyаn ən gözəl vаsitədir.
Lakin bu dəyərləri qoruyan muzey əməkdaşları zamanın təsirinin önündə aciz qalır.Hər bir muzey eksponatı öz daxili həyatını yaşayır. Muzey əşyaları ətraf mühitin,işiğın,saxlanma şəraitinin və digər səbəblərin təsirindən təbii dağılmaya məruz qalır. Rəsm əsərləri də həmçinin. İstər dahi Rembrandtın,Dalinin, Pikassonun və ya başqa bir rəssamın əsəri oslun, kətanlar vaxt keçdikcə köhnəlir, rənglər parlaqlığını itirir, əsasları boşalıb sallanır. Belə hallarda artıq eksponat yardım, bərpa tələb edir və onları xalqımızın zəngin bədii –tarixi irsini, dəyərli mənəvi və maddi sərvətlərini dirildən – işində incədən incəni seçən, işini həssaslıqla, peşəkarlıqla, keyfiyyətlə həyata keçirən yüksək dərəcəli mütəxəssislərin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinə tabe olan Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin qayğıkeş bərpaçı-rəssamları gözləyir.
MSXƏEBM-nə daxil olan hər bir rəngkarlıq əsərinin üzərində birinci növbədə material,texniki və kimyəvi laborator tədqiqatlar aparılır, eksponatlar sənədləşdirilib – pasportlaşdırılır, bərpadan əvvəl, bərpadan sonra, bərpa zamanı fotoşəkilləri çəkilir. Tədqiqatların əsasında bərpa tapşırığı tərtib olunur və bərpa tədbirləri MSXƏEBM-nin Elmi Bərpa Şurası tərəfindən təsdiqləndikdən sonra tədbiq edilir.
Yağlı boya əsərlərinin bərpası incə, mürəkkəb, uzun müddət aparan, xüsusi bacarıq və ləvazimatlar tələb edən texnoloji bir prosesdir. Qeyd edim ki, məqalə təcrübi bərpa işi üzərində yazılıb.
Aşağıda sadalanan bir sıra klassik bərpa əməliyyatlarını və digər yağlı boya əsərlərinin “xəstəliklərini” MSXƏEBM-nin mütəxəssisləri uğurla həyata keçirirlər.
Əsasdan ayrılan rəng qatının bərkidilməsi.
Kətanın zədələrinin bərpası.
Kətanın boşalmasının aradan qaldırılması.
İtirilmiş zəmin hissələrinin bərpası.
Əsərin alternativ əsasa dublirə edilməsi.
İtirilmiş rəng qatının hissələrinə ton vermə prosesi və s.
Yağlı boya əsərlərinin alternativ əsasa dublirəsi rəngkarlıq əsərlərinin bərpasında mürəkkəb əməliyyatlardan biridir.
Milli İncəsənət Muzeyinin fondundan daxil olan Azərbaycanın görkəmli rəssamı Tofiq Cavadovun əsərləri də buna nümunədir,məqalədə açıqlanan prosesin və digər müxtəlif bərpa əməliyyatlarının nəticəsində rəsmlər ekspozisiya vəziyyətinə salınıb və muzeyə qaytarılıb.
Bu əməliyyata daha ətraflı nəzər yetirək.
Ümumiyyətlə, bərpada dublirə prosesi əsərin digər yeni əsasa (bu tədqirdə kətana) yapışdırılması deməkdir.Yeni əsas əsərin zədələnmiş əsasını gücləndirir, möhkəmləndirir, bununla da rəng qatını bərkidir və əsərə ikinci həyat verir.
Dublirə prosesi müxtəlif ardıcıl tədbirlərdən ibarətdir:
Birinci növbədə eksponat üçün lazımı yeni əsas hazırlanır.Bərpa olunan əsərin ölçüsündən 10 sm az olmamaq şərti ilə müvəqqəti alt çərçivə düzəldilir və orijinalın kətanına mümkün qədər yaxın yeni kətan seçilir. Kətan çərçivəyə dartılır.Həmin kətana tərkibində balıq yapışqanı və bal olan maddə hopdurulur.Yeni əsas sabit temperatur şəraitində tam qurudulur.
Bundan sonra əsərin üzərində bərpa prosesləri aparılır.
1.Öncədən əsər üz tərəfdən papiros kağızı və xüsusi üsulla hazırlanmış yapışqanla ilıq temperatur rejimində olan ütü vasitəsilə bərkidilir.
2.Rəsm və üzərinə çəkilən papiros kağızı tam quruduqdan sonra, o mövcud alt çərçivəsindən çıxarılır.
3.Əsərin arxa hissəsi mexaniki üsulla çirkdən və tozdan quru təmizlənmə prosesinə uğrayır. Kətanın qüsurları – liflərinin qalın hissələri, düyünlər, köhnə yamaqlar, inventarlaşdırma zamanı istifadə edilən yağlı boya işarələri, yapışqan qalıqları, kağız yarlıqlar, sürgüc möhürlər və ya onların izləri təmizlənir, bu, dublirə prosesi zamanı əsərin fakturasını zədələmək ehtimalını aradan qaldırır.
4.Əsərin üz hissəsi aşağı vəziyyətdə olarkan, kənarları boyunca sıx şəkildə taxta lövhəyə bərkidilir və dublirə – balıq yapışqanı ilə qalın layla örtülür,bir müddət qurudulur.
5.Hər iki kətan(orijinal-əsərin arxası ve yeni hazırlanan) təkrar yapışqan layı ilə örtülür və yapışqan tam qurumadan dublirə prosesinin ən məsuliyyətli hissəsi həyata keçirilir. Bu əməliyyat aşağıda açıqlanan xüsusi şərtlərə görə mərmər masanın üzərində aparılır.Yeni əsas üçün hazırlanan kətan yapışqanlı hissəsiylə üzü yuxarı masanın üzərinə yerləşdirilir.Üz səthi papiros kağızı ilə bərkidilmiş əsər isə taxta lövhədən azad olunur və yeni əsasın üzərinə yerləşdirilir. Bundan sonra əsər hava boşluqları qalmamaq şərti ilə ehtiyatla ortadan kənar tərəfləri istiqamətində hamarlanır. Dublirə olunan yağlı boya əsəri yenidən,artıq 2 –ci dəfə,eyni istiqamətdə orta temperatur rejimində olan ütü ilə, nəzarətlə qoruyucu filtroval kağız vərəqinin üzərindən ütülənir. Ütüləmə prosesi kifayət qədər uzun müddət aparır. Əsər tam yapışandan sonra müvəqqəti alt çərçivədə qalmaq şərti ilə qurudulur. Mərmər masa ütüləmə əməliyyatı nəticəsində “tərləyir” (kondensasiya prosesi irəli gəlir), su təbəqəsi ilə örtülür, bu da əsərin kətanına müsbət təsir göstərir. Belə ki yapışqanın sürətli keçməsini ləngidir və onun əsərin zəmininin daxilinə daha dərin hopmasına səbəb olur.
6.Tam qurumuş əsərin üzərindən qoruyucu papiros kağızının qatı distillə olunmuş su və qiqroskopik pambıq piltələri vasitəsilə çıxarılır.Əməliyyat zamanı mümkün qədər az su istifadə edilir. Axırda yağlı boyanın səthini skipidar məhlulu ilə emal etməklə nəmlik tam aradan qaldırılır.
7. Yağlı boya əsərlərinin dublirə prosesinin sonuncu əməliyyatı-rəsm daimi alt çərçivəyə qaydalara uyğun çəkilir.
Və nəhayət, əsəri tam ekspozisiya vəziyyətinə gətirmək üçün,əsərin üzərində növbəti bərpa işləri davam edir – ton vermə,qoruyucu lay çəkmək və s.
Keçmiş əsrlərin mədəni irsini qoruyub gələcək nəsillərə ötürmək heç də asan iş deyil. Respublikamızda bu gün fəaliyyət göstərən 200-dən çox muzey kolleksiyasına daxil olan maddi-mədəniyyət nümunələri, sənət əsərləri və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi MSXƏEBM – nin yüksək dərəcəli bərpaçı-rəssamlarının etibarlı əllərindədir.
Ülviyyə Şirinova
MSXƏBEBM-in elmi tədqiqat şöbəsinin mudiri,
qrafika üzrə bərpaçı-rəssam
May 11, 2016
Geri