ICOM Beynəlxalq Muzeylər Şurasının “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında XXV Baş Konfransı


Yaponiya-Kyoto

01-07 sentyabr 2019

             Cari ilin 01-07 sentyabr tarixlərində Yaponiyanın Kyoto şəhərində ICOM Beynəlxalq Muzeylər Şurasının “”Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında XXV Baş Konfransı keçirilib. Konfransa dəvət alan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova 01 sentyabr 2019-cu il tarixində ICOM-un XXV Baş Konfransı rəsmi və təntənəli açılış mərasiminə qatıldıqdan sonra, iştirakını Konfransın İCOFOM (Beynəlxalq Muzeylər Şurasının Muzeologiya üzrə Komitəsi) və İCOM–CC (Beynəlxalq Muzeylər Şurasının Konservasiya üzrə Komitəsi) komitələrinin sessiyalarında davam etdirərək muzey əşyalarının bərpa və konservasiyasına dair ABŞ, Fransa, Yaponiya, İngiltərə, Braziliya, Hindistan və d. ölkələrdən olan beynəlxalq ekspertlərin bir çox faydalı məruzələrini dinləyib. Bundan başqa konfrans müddətində Kyoto Milli Muzeyi və Xanzay vilayətinin bir sıra aparıcı muzeylərində və bərpa emalatxanalarında ekskursiyalara qatılaraq, onların fəaliyyəti, aparılan işlərin gedişatı və iş  üsulları ilə yaxından tanış olub.

Beynəlxalq Muzeylər Şurasının yuxarıda adları qeyd olunan komitələri ilə əməkdaşlığın inkişaf etdirilməsi və bu komitələrə daxil olan təşkilatlarla beynəlxalq səviyyədə əlaqələrin qurulması və  təcrübə mübadiləsi baxımından bu konfransda iştirakı faydalı hesab edilir.

Sentyabr 10, 2019

Geri