“MOLLA NƏSRƏDDİN” JURNALI – 114
Təkcə milli mətbuatımızın deyil, eləcə də Şərq, türk-islam mətbuatının ən öncül dərgilərindən olan “Molla Nəsrəddin” yarandığı gündən etibarən ədəbi-tarixi fikrin diqqət mərkəzində olub.
Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalının birinci sayı 1906-cı ilin elə bu günü – 7 apreldə Tiflisdə işıq üzü görüb.
“Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
2018-ci ildə Azəraycan İstiqlal Muzeyindən mərkəzə daxil olan “Molla Nəsrəddin” kitabı mərkəzin ali dərəcəli bərpaçı-rəssamı, əməkdar mədəniyyət işçisi Xatirə Tağıyeva tərəfindən bərpa edilərək muzeyə təhvil verilib.
Aprel 07, 2020
Geri