Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirib


Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün reallaşdırılan sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyi öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir.

Mədəniyyət Nazirliyi Aparatında, nazirliyin tabe təşkilatları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrdə, aparıcı mədəniyyət müəssisələrində fəaliyyət videokonfans rejimində tənzimlənir. Mövcud vəziyyətdə fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının distant formada işləməsi təmin edilib.

Aprelin 9-da Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/12544

Aprel 09, 2020

Geri