“MUZEY EKSPONATININ HEKAYƏSİNİ SƏN DANIŞ” MÜSABİQƏSİ
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan mədəniyyətini, xalça və xalçaçılıq, təsviri və dekorativ sənət nümunələrinin ən yaxşı hekayəsi ilə bağlı müsabiqə elan edir.
Müsabiqənin təşkilində əsas məqsəd ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar ev şəraitində asudə vaxtın səmərəli və faydalı təşkil edilməsi, muzey sahəsində cəmiyyətin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılması və yeni fikirlərin toplamasından ibarətdir.
Müsabiqədə 14 eksponat təqdim edilir. İştirakçı eksponatlardan birini seçərək ona həsr olunmuş yeni hekayə yazmalıdır. Təqdim olunan eksponatlar arasında seçim etmək sərbəstdir. Eksponatları https://museum.az/az/competition/1 link vasitəsilə seçmək mümkündür.
Şərtlər isə çox sadədir:
1. Museum.az facebook səhifəsini bəyənmək (facebook.com/museumaze),
2. Bu postu öz səhifənizdə paylaşmaq,
3. Hekayədə maksimum 2000 sözdən istifadə etmək.
4.Muzey eksponatı barədə yazılan hekayənin yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur.
5. Eksponatdan birini seçərək öz hekayənizi yazaraq
1. Ad və soyad
2. Təvəllüd
3. Əlaqə nömrəsi
əlavə edilməklə 2020-ci ilin may ayının 15-dək [email protected] ünvanına göndərməlidir.
Müsabiqənin qalibi Kindle (elektron kitab) qazanacaq və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin diplomu ilə təltif ediləcəkdir.
Eyni zamanda ilk 10-ğa daxil olan şəxslər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin diplomu ilə təltif ediləcəklər.
Hər kəsə uğurlar!
Aprel 14, 2020
Geri