Azərbaycanın görkəmli ictimai incəsənət xadimi, ədib, türkoloq Əli bəy Hüseynzadənin və qızı Feyzavər xanım Alpsarın xatirəsinə ithaf olunur
İki gün öncə aldığımız acı xəbər bizi sarsıtdı. Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyat və incəsənətinin görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadənin son yadigarı Feyzavər xanım dünyasını dəyişib əbədiyyətə qovuşmuşdu. Feyzavər xanımı şəxsən tanımasaq da, 2017 ci ildə onun Azərbaycan dövlətinə hədiyyə etdiyi, atasına məxsus memorial əşyaları, rəsm əsərlərini Mərkəzimizdə bərpa edərkən rəsmlərin arxasında çox güman ki, onun türkcə yazdığı açıqlamalara rast gəlirdik. Atasına məxsus bu yadigarları Azərbaycana hədiyyə etməsi onu çoxumuzun qəlbində əbədiləşdirdi. İndi artıq bizə Əlibəy Hüseynzadədən yadigar qalan onun Demokratik Azərbaycan, türkçülük naminə göstərdiyi xidmətlər, yaratdığı əsərlər, şəxsi əşyaları, ən əsası isə ideya həmmüəllifi olduğu 3 rəngli bayrağımızdır. Gəlin ondan bizə qalan və Mərkəzimizdə bərpa olunan şəxsi əşyalara bir daha nəzər salaraq bu dahi şəxsiyyəti və onun ailə üzvlərini birgə yad edək.
Allah rəhmət eləsin.
Aprel 27, 2020
Geri