I.E. Qrabar adına Ümumrusiya Bədii Elmi Bərpa Mərkəzinin zoom proqramı vasitəsilə təşkil etdiyi onlayn mühazirədə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşlarının fəal iştirakı


Son zamanlar COVİD-19 Koronavirus pandemiyası səbəbindən elan edilmiş karantin rejiminə baxmayaraq dünyanın bir çox ölkələrinin, o cümlədən Rusiya və Azərbaycanın mədəniyyət müəssisələri internet üzərindən onlayn şəkildə öz fəaliyyətlərini davam etdirir, qarşılıqlı təcrübə və nəzəri fikir mübadilələri məqsədilə videokonfranslar, mühazirələr, forumlar həyata keçirirlər. Növbəti belə tədbir – yaxın günlərdə Rusiyanın İ.E. Qrabar adına Bərpa Mərkəzinin elmi-tədqiqat və sərgi işləri üzrə direktor müavini Olqa Temerinanın zoom proqramı vasitəsilə təşkil etdiyi mühazirə Rusiyanın qocaman bərpa mərkəzinin tarixindən, strukturundan, bərpa fəaliyyətinin istiqamətlərindən, bərpaçılığın peşə xüsusiyyətlərindən, habelə mərkəzin mütəxəssisləri tərəfindən bərpa olunmuş unikal əsərlərdən bəhs edirdi.

Fəaliyyətində daha çox Rusiya bərpa məktəbinin elmi-təcrübə tədqiqatlarına əsaslanan və bir çox mütəxəssislərinin bu məktəbin yetişdirməsi sayılan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları üçün bu mühazirə sözsüz ki, xüsusi maraq və əhəmiyyət kəsb edirdi. Buna görə də mühazirədə Mərkəzimizin əməkdaşları xüsusilə fəal iştirak etmiş, sonda mühazirəçiyə bərpa sahəsində, xüsusən də qrafika, rəngkarlıq əsərlərinin bərpası məsələlərinə dair onları maraqlandıran suallar vermiş, fikir mübadiləsi aparmışlar.

Aprel 28, 2020

Geri