“20 YANVARı unutmadıq”


 

Qanlı yanvar gecəsindən artıq 27 il ötür. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, hər il respublikanın idarə və təşkilatlarında onların xatirəsinə həsr edilmiş müxtəlif tədbirlər həyata keçirilir.

Bununla əlaqədar, “20 yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “20 YANVARı unutmadıq” adlı foto-sərgi və dəyirmi masa keçirilmişdir. Daha sonra Mərkəzin əməkdaşlarına Aqil Abbasın yazdığı “Dolu” romanının motivləri əsasında çəkilmiş eyniadlı film nümayiş etdirildi. Mərkəzin elmi işlər üzrə direktor müavini Nairə Sadıxova həmin tarixlə baqlı apardığı araşdırmadan topladığı məlumatlara, Rafiq Səməndərin “Şəhidlər” kitabına əsasən hazırladığı mühazırə və xüsusi təqdimatı əməkdaşların diqqətinə çatdırdı. Sonda qeyd edildi ki, bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi kimi xalqımızın yaddaşından heç zaman silinməyəcək, həmin gecə qətlə yetirilən şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

 

Yanvar 20, 2016

Geri