Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi


 

Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı,
Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı.


Yaxın günlərdə oxuduğumuz yeni xəbər Azərbaycan vətəndaşı olaraq bizi çox sevindirdi. Belə ki, 2016 – cı il fevralın 18 – də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Bu təqdirəlayiq hadisə münasibəti ilə, məqaləmizi istedadlı şairəmiz Natəvana həsr etdik.
Qeyd edək ki, dahilər diyarı Azərbaycanın sosial və mədəni həyatında dərin iz buraxmış Xurşidbanu Natəvan qadınlarımız üçün örnək olmuş, dözüm və iradə simvoluna çevrilmişdir. Dövranın haqsızlığı, ağır ailə münasibətləri, zalımların tənələri və qarşısına çıxan başqa maneələrə baxmayaraq Natəvan sosial və mədəni həyatda qabaqcıl ideyalarını həyata keçirmiş, yaradıcılıqla məşğul olmuşdur.
2009 – 2011 –ci illərdə Milli Azərbaycan Tarix Muzeyindən bir sıra eksponatların bərpası mərkəzimiz tərəfindən həyata keçirilmişdir. Bu eksponatların içərisində istedadlı şairəmizin geyim əşyalarına da rast gəlmək kollektivimiz üçün olduqca sevindirici hal oldu. Kollektivimiz böyük həvəs və maraqla işə başladı. Xurşidbanu Natəvanın qırmızı və yaşıl rəngli bu ətəkləri olduqca köhnəlmiş və demək olar ki tamamən parçalanmışdı.
Bərpaçılarının çoxu bu işə cəlb olundu. Maraqlı və eyni zamanda məsuliyyətli bərpa prosesinin şəkilləri və videosunu sizə təqdim edirik.

 

 

Fevral 23, 2016

Geri