Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür


22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Vaxtilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin topusundan mərkəzimizdə bərpa olunmuş, müəllifi Nəcəfqulu İsmayılov olan “Həsən Bəy Zərdabi “Əkinçi” qəzetinin mətbəəsində” adlı rəngkarlıq əsəri də bu əlamətdar tarixi əks etdirir.

İyul 22, 2020

Geri