18 Sentyabr – MİLLİ MUSIQİ GÜNÜDÜR!

  • 9 May 2020-cı il faşizm üzərində qələbənin 75-ci ildönümüdür

Böyük Vətən müharibəsi – 1941-1945-ci illər müharibəsi zamanı Üzeyir Hacıbəyov xalqımızda vətənpərvərlik ruhunu qaldırmaq üçün gözəl əsərlər – marşlar, mahnılar yazmış, faşizm üzərində qələbə çalınması üçün xidmətlər göstərmiş, hətta öz vəsaiti ilə təyyarə alıb cəbhəyə göndərmişdir.

Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biri müstəqil Azərbaycan Respublikasının ilk himnini yaratmasıdır. O himn sonra kənarlaşdırıldı. 1945-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasınin yeni himni yarandı. Onu da Üzeyir Hacıbəyov yaratdı. Nəhayət, Azərbaycan müstəqilliyini əldə edəndən sonra Üzeyir Hacıbəyovun 1919-cu ildə yaratdığı, hamımızın həddindən artıq sevdiyimiz Dövlət himnini biz bərpa etdik. Bunlar hamısı Azərbaycanın tarixidir. Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir.

Üzeyir Hacıbəyov gəncliyini vətəni olan Şuşada keçirmişdir, ona görə də onun həm orada, həm də Bakıda ev-muzeyi yaradılmışdır. Sizə təqdim etdiyimiz slaydlardakı fotoşəkillər həmin muzeylərin mərkəzimizdə bərpa olunmuş eksponatları əks etdirir.

Sentyabr 18, 2020

Geri