İsmayıllı və Gəncə şəhərlərində sərgi – 2011


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ilin ikinci yarımili üçün təsdiq olunmuş iş planına, o cümlədən “2010-2014-cü illər üçün Xalq yaradıcılığı Paytaxtları” Proqramının Tədbirlər Planına uyğun olaraq Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələrinin qorunması məqsədilə açıq sərgi-seminarlar keçirmək üçün   bu ilin oktyabr ayında Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, baş mühafiz İranə İbrahimova, Elmi tədqiqat şöbəsinin müdiri Ülviyyə Şirinova, Qrafika şöbəsinin müdiri Xatirə Tağiyeva  İsmayıllı və Gəncə şəhərlərində olmuş,  İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzinin fəaliyyəti  ilə tanışlıqdan sonra  muzeyin sərgi zalında Mərkəz tərəfindən müxtəlif bölgə muzeylərinin toplularından bərpa və konservasiya  olunmuş əşyaların bərpadan əvvəl və sonrakı vəziyyətlərini əks etdirən geniş foto sərgi və muzey əməkdaşları, xüsusən də fond mühafizləri, bərpaçı-rəssamları üçün seminar keçirmişlər. Tədbirdə İsmayıllı tarix diyarşünaslıq muzeyinin əməkdaşları ilə yanaşı, Heydər Əliyev Mərkəzinin və Lahıc tarix diyarşünaslıq muzeyinin əməkdaşları da iştirak etmişdir. 

 Daha sonra Gəncə şəhərində ezamiyyət zamanı Gəncə tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Muzeyi, dahi Azərbaycan yazıçı-publisisti  Mir Cəlal Paşayevin ev muzeyində olaraq fəaliyyətləri  ilə   tanış olmuş, eksponatların  vəziyyəti ilə yerindəcə tanış olaraq onların saxlanmasına dair müvafiq  tövsiyələr vermiş, Gəncə tarix-diyarşünaslıq muzeyinin sərgi zalında Mərkəz tərəfindən bu muzeylərinin toplularından bərpa və konservasiya  olunmuş əşyalardan ibarət sərgi və muzey əməkdaşları  üçün seminar keçirmişlər.

 {jathumbnail off}

{gallery}sergi2011{/gallery}

 

Aprel 27, 2011

Geri