Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib


Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər.

Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildiyini qeyd edən dövlətimizin başçısı deyib: “Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.
Prezident qeyd edib ki, Şuşada yerləşən məscidlərimiz də əsaslı şəkildə təmir edilməli və onların öz siması qaytarılmalıdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Yanvar 05, 2021

Geri