“İkinci həyat ” regional sərgi – seminar


 

Son illər Azərbaycanda muzeylərə maraq və muzey işinin yaxşılaşdırılmasına dövlət qayğısı artırılmaqdadır. Bununla bağlı mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra mühüm işlər görülmüş və görülməkdədir.
Muzeylərin fəaliyyətinin təkmilləşdirilməsində muzey əşyalarının bərpa və konservasiyası, mühafizəsi, onlarınaşınmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi ən vacib, prioritet məsələlərdən biridir.
Bu baxımdan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən mütamadi olaraq muzey əməkdaşları üçün regional sərgi-seminarları keçirilir.
Növbəti belə sərgi-seminar 29-31 mart tarixində Şəmkir rayonunda Heydər Əliyev Mərkəzinin təqdimat zalında Gəncə şəhərinin, Şəmkir, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının muzey əməkdaşları üçün keçirildi. İştirakçılar arasında Gəncə tarix – diyarşünaslıq, Gəncə Qala qapısı Arxeologiya və Etnoqrafiya, Nizami Gəncəvinin, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun, xalq yazıçısı Mir Cəlal Paşayevin ev muzeylərinin və Heydər Əliyev Mərkəzinin, Şəmkir tarix-diyarşünaslıq, Çənlibel Xalq-Tətbiqi Sənəti muzeylərinin və Heydər Əliyev mərkəzinin, Tovuz, Gədəbəy, Daşkəsən tarix–diyarşünaslıq muzeylərinin 50 – ə yaxın muzey əməkdaşı iştirak edirdi. Tədbirdən öncə iştirakçılar Şəmkir rayon Heydər Əliyev Mərkəzinin binası, fəaliyyəti, ekspozisiyası ilə tanış oldular.
Tədbiri giriş sözü ilə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Zərifə Məlikova açaraq keçirilən sərgi-seminarın məqsədi və əhəmiyyəti barəsində iştirakçılara geniş məumat verdi və Mərkəzin fəaliyyətini əks etdirən fotolardan ibarət slayd şounu onların diqqətinə çatdırdı. Daha sonra sərgi-seminar ərzində Mərkəzin əməkdaşları iştirakçılara mühazirələr oxuyaraq, muzey əşyalarının bərpa və konservasiya prosesini əks etdirən video çarxlar təqdim etdilər. Tədbir müddətində iştirakçılar bərpa olunmuş muzey əşyalarının fotolarından ibarət “İkinci həyat” adlı sərgi ilə tanış oldular. Mərkəzin əməkdaşları iştirakçılara tövsiyyə xarakterli metodiki vəsaitlər, təqvim və bukletlər təqdim etdilər. Seminar zamanı Mərkəzin əməkdaşları iştirakçıların suallarını cavablandıraraq, muzey əşyalarının qorunması, bərpa və konservasiyasına dair onlara bir məsləhət və tövsiyələr verdilər.
Sonda Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Əsgər Ələsgərov və digər iştirakçılar söz alaraq tədbirin əhəmiyyətindən danışdılar və sərgi–seminarın təşkilinə görə öz minnətdarlıqlarını bildirdilər.

 

1

2

3

4

5

6

7

8

9

10

11

Mart 29, 2016

Geri