Xurşidbanu Natəvana məxsus şeirlərindən və rəsmlərindən ibarət 7 ədəd əlyazması bərpa olunub


Azərbaycanın görkəmli şairəsi, el arasında “Xan qızı” adı ilə tanınan

Xurşidbanu Natəvana məxsus şeirlərindən və rəsmlərindən ibarət 7 ədəd əlyazması bərpa olunub

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə Azərbaycan Dövlət Teatr muzeyindən Azərbaycanın görkəmli şairəsi, el arasında “Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvana məxsus şeirlərindən və rəsmlərindən ibarət 7 ədəd əlyazması bərpa məqsədilə daxil olmuşdur.

Bundan əvvəlki illərdə hazırda Azərbaycan Milli Tarix muzeyinin ekspozisiyasında sərgilənən, “Şairə, Xanqızı Xurşidbanu Natəvana məxsus əklər mərkəzimizdə yüksək səviyyədə bərpa olunaraq muzeyə təhvil verilmişdi.    

İnanırıq ki, bərpaçılarımızın peşakarlığı sayəsində yüksək səviyyədə bərpa olunan bu əlyazmalar  Qarabağın mədəniyyət beşiyi olan Şuşamızda, Xurşidbanu Natəvanın Ev muzeyinin ekspozisiyasında tamaşaçılara təqdim olunacaq. 

Hal-hazırda bərpa olunan əlyazmaların bərpadan əvvəl və bərpadan sonrakı fotoşəklillərini təqdim edirik.

Mart 11, 2021

Geri