MUZEY SƏRVƏTLƏRİ VƏ XATİRƏ ƏŞYALARININ ELMİ BƏRPA MƏRKƏZİNƏ AZƏRBAYCAN DÖVLƏT TEATR MUZEYİNDƏN DAXİL OLAN EKSPONATLARIN TƏHVİL-TƏSLİM PROSESİ


Azərbaycan Dövlət Teatr muzeyinin fondunun əməkdaşı Həmidə Məmmədova, mərkəzin “Qrafikaşöbəsinin müdiri Xatirə Tağıyeva və mərkəzin baş mühafizi İranə İbrahimovanın iştirakı ilə Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvana məxsus şeirlərindən və rəsmlərindən ibarət 7 ədəd əlyazması bərpa olunaraq muzeyə təhvil verilib.

Təhvil-təslim prosesini və bərpa olunan eksponatların siyahısını Sizə təqdim edirik:

 

1. X.B. Natəvan “Ey güllü-süsən, səni bir Natəvan çəkmiş məgər”qəzəli;  

2. a) X.B. Natəvan “Bilən yox halım birdən bu möhnətdə, bu möhnətdə”;

    b) X.B. Natəvan “Olmuşam dəhri bəla içrə bu gün divanən”;

3. a) X.B. Natəvan “Fəda oldum sənə ey yarı-məhliqa, getmə”;

    b) X.B. Natəvan “Firiştə tələt məhruy xoşliqa, getmə”qəzəli;

4. X.B. Natəvan “Gəzərdim bağı-səhranı pərişan halilə gördüm”;

5. X.B. Natəvan “Səninlə ey buti məhruy mehriban mən idim”;

6. X.B. Natəvan “Səhərgah nadahan gördüm dili-zarım nəhan ağlar”;

7. Mirzə Rəhim Fənanın X.B. Natəvanın “Olaydı” rədifli qəzəlinə yazdığı nəzirə;

Aprel 18, 2021

Geri