Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova koronavirusdan dünyasını dəyişib.


Nairə Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub. 1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi, 2001-ci ildən isə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. Fəaliyyəti dövründə Azərbaycanda muzey işinin inkişafı, xüsusən də Azərbaycanın mədəni sərvətlərinin bərpa və konservasiyası sahəsində saysız xidmətlər göstərmişdir. O, sərgi və treninq seminarların təşkilində, bərpaçı-rəssamların kadr hazırlığında, peşəkar bərpaçı kurslarının təşkilində, habelə son illərdə yeni muzey binalarının tikilməsi, yenidənqurulması ilə əlaqədar həyata keçirilən bir sıra bərpa layihələrində fəal iştirak etmişdir.

2017-ci ildə Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi ” fəxri adı ilə təltif edilib.

Sentyabr 06, 2021

Geri