Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi növbəti beynəlxalq konfransda iştirak edib


Uzun  illərdir ki,  Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq edir.  Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutu dünyada tanınmış, ixtisaslaşmış, müasir elmi müəssisələrdəndir  və  burada mədəni sərvətlərin qorunması və bərpası zamanı son elmi nailiyyətlərdən, beynəlxalq təcrübədə qəbul edilmiş müasir üsullardan istifadə edilir.    

Eyni  zamanda  Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutu mütəmadi olaraq  “Mədəni irsin tədqiqi və konservasiyası”  mövzusunda konfrans, seminar və  mühazirələr də təşkil edir.

İnstitutun bu il təşkil etdiyi növbəti tədbir bərpa və konservasiya nəzəriyyələri üzrə görkəmli alim  və  bərpaçı, vaxtilə Qafqaza, o cümlədən Azərbaycana səfər edərək  bədii metal nümunələrinin bərpası sahəsində tədqiqatlar  aparmış,  bir çox  elmi məqalə və   metodiki tövsiyyələrin müəllifi  olan  Mariya Şemaxanskayanın (1937-2020) xatirəsinə həsr olunmuşdu.  Bununla əlaqədar, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru  Z. Məlikova  Moskva şəhərinə ezam olunmuş  və tədbirdə çıxış etmişdir.  

Tədbir zamanı Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutu ilə MSXƏEBM arasında  bərpa işinə dair elmi metodiki vəsaitlərin hazırlanmasında  qarşılıqlı informasiya dəstəyi, qarşılıqlı elmi  tövsiyələrin verilməsi, birgə simpozium, konfrans, seminar və s. keçirmək yolu ilə qarşılıqlı təcrübə mübadiləsi  və s. barədə   növbəti qarşılıqlı əməkdaşlıq sazışi  bağlanmışdır.  

Dekabr 14, 2021

Geri