ELMİ BƏRPA ŞURASININ 26.01.2022-Сİ İL TARİXLİ İCLASI


2022-ci il yanvar ayının 26-da Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə xanım Məlikovanın sədrliyi ilə Elmi Bərpa şurasının növbəti iclasında “Qrafika və Tətbiqi incəsənət” şöbəsinin işi müzakirə edilib. Gündəliyə əsasən Abdulla Şaiqin Mənzil Muzeyi və Səməd Vurğunun Ev Muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirilib. 

Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyindən bərpa məqsədilə mərkəzə daxil olan eksponatlar üzərində görüləcək işlər haqqında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Yanvar 27, 2022

Geri