Xilas olunmuş gözəllik (Qax rayonu)- 2012
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin əmrinə əsasən, 2012-ci ilin ikinci yarımili üçün təsdiq olunmuş iş planının icrası, habelə respublikamızın muzeylərində saxlanılan Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələrinin dağıdılmasının qarşısının alınması, onların konservasiyası üçün lazımi tədbirlərin görülməsi və mövcud istiqamətdə lazımi maarifləndirmə işlərinin aparılması, “Xilas olunmuş gözəllik” açıq sərgi-seminarının keçirilməsi məqsədilə MSXƏEBM-nin əməkdaşları 2012 ci ilin 15-19 oktyabr tarixlərində Qax rayonuna ezam olunmuşlar.
Ezamiyyət zamanı Qax tarix-diyarşünaslıq muzeyi, Azərbaycanın xalq artisti İsmayıl Dağıstanlının Xatirə muzeyi, Qax Dövlət Rəsm Qalereyasında olan və onların mövcud problemləri ilə tanışlıqdan sonra, MSXƏEBM-nin əməkdaşları Qax tarix-diyarşünaslıq muzeyində “Xilas olunmuş gözəllik” adlı sərgi-seminarlar keçirmişlər. Bu sərgi-seminarlarda muzey işçiləri ilə yanaşı, mədəniyyət şöbəsinin nümayəndələri də iştirak etmişdir. Seminar iştirakçılarına MSXƏEBM-nin yarandığı gündən bu günə kimi olan fəaliyyətini və nailiyyətlərini əks etdirən sənədli film, xalça, tikmə, qrafika nümunələrinin bərpa və konservasiya üsullarına dair interaktiv nümayiş etdirilmiş, Qax tarix-diyarşünaslıq muzeyinin toplusundan bərpa edilmiş əşyalardan və onların bərpadan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi təqdim edilmişdir.
{jathumbnail off}
{gallery}sergi/qax{/gallery}
Yanvar 01, 2012
Geri