ELMİ BƏRPA MƏRKƏZİNDƏ ADMİU-nun TƏLƏBƏLƏRİNƏ İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİRİLİR


2022-ci il fevral ayının 16-dan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə əyani təhsil alan IV kurs tələbələrinə istehsalat təcrübəsi keçirilir.

İlk dərsdə tələbələr mərkəzin fəailiyyəti və strukturu ilə tanış oldular. Daha sonra elmi-tədqiqat şöbəsinin iş prosesi, eksponatların sənədləşdirilməsi, elmi araşdırılmaların aparılması, həmçinin tədbirlərin təşkil olunması haqqında məlumatlandırıldılar.

Növbəti gün tələbələr təcrübələrini Tətbiqi incəsənət şöbəsində davam etdiriblər. Bərpaçı-rəssamlar Tofiqə Zeynalova və Fəridə Tağıyeva tikmə sənəti və bərpası haqqında ətraflı məlumat verdilər. Dərs zamanı tələbələrə eksponatın bərpaya daxil olduqdan sonra vizual müayinəsi, kimyəvi və texnoloji analizləri, bərpaçının gündəliyində apardığı qeydləri, eksponata uyğun bərpa material seçilməsi, bioloji, mexaniki zədələnmələrin müəyyənləşdirilməsi, tətbiq olunan kimyəvi üsullar və s. haqqında ətraflı məlumat verildi.

IV kurs tələbələrinin istehsalat təcrübələri may ayının 24-dək davam edəcək

Mart 01, 2022

Geri