MSXƏEBM-də Qələbənin 77 ci il dönümünə həsr olunmuş "Tarixin yaddaşı unudulmur" adlı sərgi-seminar keçirildi.


Hər il olduğu kimi bu il də 9 may Qələbə günü respublikada geniş qeyd olunur. Bununla bağlı MSXƏEBM-də Qələbənin 77 ci il dönümünə həsr olunmuş və Azərbaycanlıların bu qələbədəki rolundan bəhs edən “Tarixin yaddaşı unudulmur” adlı sərgi-seminar keçirildi.
Tədbirə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetiinin “Muzeyşünaslıq” kafedrasının 3 cü və 4 cü kurs tələbələri dəvət olunmuş, onlara 1941-1945-ci illəri əhatə edən və tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olan müharibəyə son verən bu Qələbədə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə iştirakı və xidmətləriı, igid oğul və qızlarımızın əməyi və qəhrəmanlıqları haqqında geniş məlumat verildi.
Tədbir zamanı nümayiş etdirilən sərgidə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə məxsus əşyaların, müharibədə xüsusi qəhrəmanlıqları ilə qələbəyə töhfə verən, əsasən Azərbaycanlılardan təşkil olunmuş, 416 -cı divizyanın döyüş bayrağının, habelə onlara həsr edilən əsərlərin Elmi Bərpa Mərkəzində bərpasını əks etdirən fotoşəkillər, müharibə mövzusuna həsr olunmuş boyakarlıq əsərləri nümayiş etdirilmişdir. Sonda isə Böyük Vətən Müharibəsi dövründə müharibə əleyhinə karikatura və plakatları ilə vətənə xidmət göstərən görkəmli xalq rəssam, Azərbaycanda karikatura sənətinin banisi Əzim Əzimzadənin, xalq rəssamı Maral Rəhmanzadə və d. nin müxtəlif illərdə mərkəzdə bərpa edilmiş və müharibə illərini əks etdirən əsərlərinin bərpa zamanı çəkilən fotoşəkillərdən, həmin dövrdə Azərbaycanın ictimai xadimlərinin, xalq rəssamlarımızın, ədiblərimizin, bəstəkarlarımızın ağır müharibə illərinə baxmayaraq fəaliyyətlərini davam etdirmələrini sübut edən faktlardan bəhs edən təqdimat da iştirakçıların diqqətinə çatdırıldı.

May 11, 2022

Geri