Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Gələcəyin bərpaçıları” adlı master-klass keçirilib
1 iyun – Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınaraq uşaq hüquqlarına dair konvensiya qəbul edilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub və bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir, uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılır.
Hər il olduğu kimi bu il də ölkəmizdə 1 iyun uşaqlar üçün genişmiqyaslı, rəngarəng tədbirlər təşkil olunub. Belə tədbirlərdən biri də MSXƏEBM –də keçirildi.
“Gələcəyin bərpaçıları” adı ilə təşkil olunan master-klassda müxtəlif yaş qruplarından olan uşaqlara gil, plastilin və s. dən müxtəlif fiqurlar düzəltmək və sulu, akril boyalarla və rəngli karandaşlarla peşəkar rəsmlər çəkməyin yolları göstərildi. Tədbir zamanı master – klassla yanaşı, müxtəlif əyləncələr (uşaqlar üçün cizgi filmlərinin nümayişi, uşaq mahnılarından ibarət karaoke və s. ) təşkil olundu.
Sonda uşaqların yaradıcılıq işləri sərgiləndi və iştirakçılar sertifikatlarla təltif edildilər.
İyun 01, 2022
Geri