Özbəkistanın Buxara şəhərində keçirilən beynəlxalq “Qızıl tikmə və zərgərlik sənəti” festivalında Azərbaycan nümayəndə heyətinin iştirakı
Buxara şəhərində keçirilən və bir həftə davam edən beynəlxalq “Qızıl tikmə və zərgərlik sənəti” festivalında dünyanın 58 ölkəsindən gələn 221 xarici nümayəndə, Özbəkistanın bütün vilayətlərindən 288 usta iştirak edib.
Bu festivalda ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibinə Azərbaycan Mədəniyyət Nazirliyindən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova qatılıb.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Buxara şəhərində təşkil olunan “Ənənəvi qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti: tarixi, təcrübəsi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak ediblər və festivala qatılan qonaqlarla, sənətkarlarla müxtəlif görüşlər keçiriblər. Zərifə Məlikova keçirdiyi görüşlər zamanı Azərbaycan muzeylərinin toplularına məxsus qızıl tikmə və zərgərlik məmulatlarının qorunma, bərpa və konservasiya məsələləri haqqında məlumat verib, təcrübə mübadiləsi aparıb.
Nümayəndə heyətinin digər üzvləri kimi Zərifə Məlikova da bu festivalda iştirakına görə xatirə hədiyyələri və sertikatla təltif olunub.
İyun 06, 2022
Geri