Qusar rayonu sərgi – 2012
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi illər ərzində mütəmadi olaraq Respublikamızın müxtəlif muzeylərində saxlanılan xalqımıza məxsus maddi-mədəni irs nümunələrinin dağılmasının qarşısını almaq, onların bərpa və konservasiyası üçün lazımi tədbirlərin görülməsi məqsədilə maarifləndirmə işləri aparır.
MSXƏEBM-nin əməkdaşları 2012-ci ilin 05-09 noyabr tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən Qusar rayonuna ezam olunmuşlar. Səfər zamanı Qusar tarix-diyarşünaslıq muzeyi, Qusar Dövlət Rəsm Qalereyasında olan və onların mövcud problemləri ilə tanışlıqdan sonra, MSXƏEBM-nin əməkdaşları Qusar tarix-diyarşünaslıq muzeyində “Xilas olunmuş gözəllik” adlı sərgi-seminar keçirmişlər. Bu sərgi-seminarlarda muzey işçiləri ilə yanaşı digər mədəniyyət müəssisələrinin (qalereya, kitabxana və s.) əməkdaşları iştirak edirdi. Seminar iştirakçılarına MSXƏEBM-nin yarandığı gündən bu günə kimi olan fəaliyyətini və nailiyyətlərini əks etdirən sənədli film, xalça, tikmə, qrafika nümunələrinin bərpa və konservasiya üsullarına dair interaktiv nümayiş etdirilmiş, Qusar tarix-diyarşünaslıq muzeyinin toplusundan bərpa edilmiş əşyalardan və onların bərpadan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi təqdim edilmişdir.
{jathumbnail off}
{gallery}sergi/qusar{/gallery}
Aprel 27, 2012
Geri