ELMİ BƏRPA ŞURASININ 15.02.2023-СÜ İL TARİXLİ İCLASI


2023-cü il fevral ayının 15-də Elmi Bərpa Mərkəzində mərkəzin direktoru Zərifə xanım Məlikovanın sədrliyi ilə Elmi Bərpa şurasının cari ilin ilk iclasında “Qrafika və Tətbiqi incəsənət” şöbələrinin işi müzakirə edilib. Gündəliyə əsasən Azərbaycan Milli İncəsənət Muzeyi və Şəki şəhəri M.F.Axundzadənin Ev Muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirilib.
Daha sonra Gəncə Tarix-Diyarşünaslıq Muzeyindən bərpa məqsədilə mərkəzə daxil olan eksponatlar üzərində görüləcək işlər haqqında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Fevral 15, 2023

Geri