SƏNƏTKARLIQDA İNNOVASIYA VƏ YARADICLIQ ÜZRƏ TƏBRİZ BEYNƏLXALQ MÜKAFATI” ALBOMU


Bu yaxınlarda Türkiyyənin İstanbul şəhərində İRCICA (İslam mədəniyyəti, tarixi və incəsənətinin tədqiqat mərkəzi) tərəfindən işıq üzü görən “Sənətkarlıqda İnnovasiya və yaradıclıq üzrə Təbriz Beynəlxalq Mükafatı Qalibləri” adlı albom 2015-ci ildə Təbriz İncəsənət Universiteti ilə birgə Təbrizdə təşkil edilmiş eyni adlı beynəlxalq tədbirə həsr olunmuşdur. Sevindirici haldır ki, həmin alboma dünyanın bir çox ölkələri ilə yanaşı Azərbaycan mədəniyyətini təmsil edən nümayəndələr kimi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi -nin əməkdaşları – İranə İbrahimova və Sultan Sultanov haqqında məlumatlar və fotoşəkillər daxil edilmişdir. Belə ki, mərkəzin baş mühafizi İranə İbrahimova həmin tədbirə həsr olunmuş beynəlxalq konqresdə məruzə ilə çıxış etmiş, bərpaçı-rəssam Sultan Sultanov isə sənətkarlıq müsabiqəsində sərgidə zərgərlik üzrə master-klass təqdim etmiş və hər iki nümayəndə kubok və xüsusi diplomlarla təltif olunmuşlar.

 

1

2

3

4

5

6

7

8

9

Oktyabr 11, 2017

Geri