Ölkəmizdə ilk dəfə Mədəni İrs Forumu keçirildi
Dekabrın 18-də “Gülüstan” Sarayında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəni İrs Forumu işə başlayıb.
Forumda “Azərbaycanda daşınar mədəni irs. Muzey işi və müasir çağırışlar” mövzusunda müzakirə aparılıb Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun dekabrın 18-də reallaşan üçüncü – sonuncu paneli “Azərbaycanda daşınar mədəni irs. Muzey işi və müasir çağırışlar” mövzusuna həsr olundu. Panelin moderatoru Heydər Əliyev Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin direktoru Nərgiz Abdullayeva mövzu barədə məlumat verərək çıxışçıları səhnəyə dəvət etdi. Sonra Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış qeyri-maddi mədəni irsimizə həsr olunmuş videoçarx nümayiş etdirildi. Videoçarxda Ulu öndər Heydər Əliyevin muzey işi sahəsinə göstərdiyi diqqət və qayğı, Prezident İlham Əliyevin sərəncamı ilə Zəfər muzeylərinin yaradılmasını əks etdirən videomaterillar nümayiş olundu.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru, sənətşünas və əməkdar mədəniyyət işçisi Zərifə xanım Məlikovanın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Mədəni irs” forumunda “Muzey fondlarının qorunmasında bərpa və konservasiya məsələləri” mövzusunda çıxış etdi.
Daha sonra Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən, tarix yadigarlarına ikinci həyatın verilməsi prosesindən danışdı.
Dekabr 20, 2023
Geri