Cari ilin 06 aprel tarixində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Elmi Bərpa Şurasının növbəti iclası keçirildi.


Elmi Bərpa Şurası MSXƏEBM-nin direktoru Z.Məlikovanın sədrliyi ilə üzvlərdən AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi A.Ağalarov, MSXƏEBM-nin elmi işlər üzrə direktor müavini İ.İbrahimova, Baş fond mühafizi P.Almazova və digər üzvlərin iştirakı ilə keçirildi.
İclasın gündəlik məsələsi Abdulla Şaiqin Ev-Muzeyinin, Quba Tarix-Diyarşünaslıq Muzeyinin, Qusar Tarix-Diyarşünaslıq Muzeyinin, Şabran Tarix-Diyarşünaslıq Muzeyinin və eləcə də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirilib. Müzakirəyə təqdim edilən əşyaların qrafika və keramika kolleksiyaları olmaqla 41 ədəd eksponata baxış keçirildi.
MSXƏEBM-nin bərpaçı-rəssamları T. Xatirə, R. Ləman, S. Sultanov, H.Elşən və H. Fəridə əşyalar üzərində aparılan bərpa və konservasiya prosesləri barədə məlumat verdilər.
Sonda Şura üzvləri təqdim olunan eksponatların bərpa və konservasiya işinin məqsəd və prinsiplərinə uyğun aparıldığını qeyd edərək işlərin qənaətbəxş hesab edildiyini bildirdilər.

Aprel 11, 2024

Geri