“MSXƏEBM 60: Mədəni irsi qorumaq naminə” adlı treninq seminar və fotosərgi


Bu il Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 ili tamam olur. Bununla əlaqədar bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Mərkəzin 10–12 aprel 2017–ci il tarıixlərində Xaçmaz tarıx diyarşünaslıq muzeyində təşkil etdiyi “MSXƏEBM 60: Mədəni irsi qorumaq naminə” adlı treninq seminar və fotosərgi regionlardakı muzey, qalereya, Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarını Mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyır. Tədbirə Xaçmaz, Şabran, Quba, Qusar rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunmuşlar.

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

Aprel 12, 2017

Geri